Modern.az

Levandovski Bundesliqada rekord qırdı

Levandovski Bundesliqada rekord qırdı

Aktual

22 May 2021, 21:33

Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski klubun sabiq hücumçusu Herd Müllerə məxsus əbədi rekordu üstələyib.

 

Modern.az xəbər verir ki, bu, Münhen təmsilçisinin "Auqsburq"u 5:2 hesabı ilə yendiyi Bundesliqanın 34-cü tur matçında baş verib. 90-cı dəqiqədə fərqlənən polşalı forvard mövsümün 29-cu matçında 41-ci topunu vurub.

 

Qeyd edək ki, Herd Müller 1972/1973 mövsümündə 36, 1969/1970 mövsümündə 38, 1971/1972 mövsümündə 40 qola imza atıb.

 

"Bavariya" çempionluğunu 32-ci turda rəsmiləşdirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı