Demokrat Keti Hoxul çərşənbə axşamı keçirilən seçkilərdə Respublikaçı rəqibi Bryus A. Bleykemanı məğlub edərək Nyu-Yorkun qubernatoru seçilib.
Modern.az xəbər verir ki, bu barədə informasiya seçki nəticələri elan olunduqdan dərhal sonra təşkil edilən tədbirdə yer alıb.
Belə ki, qələbəsini elan edən Keti Hoxul seçicilər qarşısında çıxış edərək verilən etimada görə təşəkkürünü bildirib və ştatın gələcək inkişafı ilə bağlı prioritetlərini diqqətə çatdırıb.
Qeyd edək ki, Keti Hoxul yenidən Nyu-York ştatının qubernatoru vəzifəsini icra etməyə davam edəcək.
Gülbadam Cümşüdova