Uşaqlara şapalaq vurmaq, onların gələcək inkişaflarına mənfi təsir göstərir.
Modern.az xəbər verir ki, bu barədə informasiya London Universitet Kollecinin (UCL) tədqiqatçılarının araşdırmasında qeyd edilib.
Xüsusi araşdırma 19 000 uşağı əhatə edib. Belə ki, mütəxəssislər uşaqları cəzalandırmağın aşağı qiymətlərə və riskli davranışlara səbəb olduğunu bildirərək Şotlandiya və Uelsdə olduğu kimi, İngiltərə və Şimali İrlandiyada da uşaqlara şapalaq vurulmasının qanunla qadağan edilməsini təklif ediblər.
Qeyd edək ki, İngiltərənin Təhsil Departamenti valideynlərin uşaqları döyməsini qadağan edən qanun dəyişikliyi planlaşdırmadıqlarını bəyan edib.
Gülbadam Cümşüdova