Modern.az

Polşada sabitliyi Rusiya pozur

Polşada sabitliyi Rusiya pozur

Dünya

Bu gün, 15:24

Polşanın Baş naziri Donald Tusk Rusiya xüsusi xidmət orqanlarını ölkədə siyasi qeyri-sabitliyi qızışdırmaqda ittiham edib.

Modern.az xəbər verir ki, Tusk Polşada siyasi sabitliyin pozulmasının Moskvanın maraqlarına xidmət etdiyini bildirib.

Onun sözlərinə görə, Rusiya siyasətçilərinin, eləcə də Avropadakı rusiyapərəst siyasi qüvvələrin sərt bəyanatları bu ssenarini təsdiqləyir.

Baş nazir Konstitusiya Tribunalı ətrafındakı vəziyyətdən Polşa hökumətinin mövqelərini zəiflətmək və hökumətə qarşı hücumlar üçün istifadə olunduğunu da deyib.

Tusk ölkədəki siyasi qüvvələri ehtiyatlı olmağa çağırıb:

“Polşada hər kəs anlamalıdır ki, heç vaxt ifa etmək istəmədiyi bir orkestrin iştirakçısına çevrilə bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia