Modern.az

Hacıqabulda piyadanı vurub öldürən sürücü qaçdı

Hacıqabulda piyadanı vurub öldürən sürücü qaçdı

Aktual

22 May 2021, 21:46

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Naməlum avtomobil yolu keçən Hacıqabul sakini, 1983-cü il təvəllüdlü Qəhrəmanov Ramal Əhliman oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Sürücü hadisə yerindən yayınıb. Onun saxlanması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir (apa).

 
 
Sizə yeni x var
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia