"Atletiko" klubu tarixində 11-ci dəfə İspaniya çempionu olub.
Modern.az xəbər verir ki, Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv buna La Liqanın sonuncu - XXXVIII turunda nail olub. Səfərdə "Valyadolid"ə 2:1 hesabı ilə qalib gələn "matrasçılar" xalını 86-ya yüksəldib. Oyunda qolları Oskar Plano ("Valyadolid"), Anxel Korea və Luis Suarez (Atletiko) vurub.
Paytaxtın digər təmsilçisi "Real Madrid"i isə evdə "Vilyarreal"la 2:1 hesabı ilə qalib gələrək, liderdən 2 xal geri düşüb və gümüş medala sahib olub.
Bürünc medalı isə səfərdə "Eybar"ı 1:0 hesabı ilə məğlub edən "Barselona" 79 xalla əldə edib.
Qeyd edək ki, "Atletiko" sonuncu dəfə 2013/2014 mövsümündə İspaniya çempionluğu qazanıb.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“Osasuna” - “Real Sosyedad” - 0:1;
“Selta Viqo” - “Real Betis” - 2:3;
“Ueska” - “Valensiya” - 0:0;
“Elçe” - “Atletik Bilbao” - 2:0.