"Barselona"nın hücumçusu Lionel Messi 2020/2021 mövsümündə İspaniya La Liqasının bombardiri olub.
Modern.az xəbər verir ki, argentinalı futbolçu cari mövsümdə 30 qol vurub, 9 məhsuldar ötürmə edib.
Bununla da, Messi ardıcıl 8-ci dəfədir La Liqanın bombardiri olaraq Piçiçi mükafatını qazanıb.
Qeyd edək ki, La Liqada bombardirlər yarışında hərəyə 23 qolla Kərim Benzema (Real Madrid) və Cerard Moreno (Vilyareal) 2-ci, 3-cü yerlərdə qərarlaşıb. "Atletiko Madrid"in hücumçusu Luis Suarez isə 21 qolla 4-cü olub.
T.İSMAYIL