Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1982-ci il təvəllüdlü Atakişiyeva Səbirə Ənvər qızı həyat yoldaşı ilə mübahisə zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həyat yoldaşını bıçaqlayan Ramil Atakişiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır (apa).