Modern.az

Ağır atletlərimiz Dünya kubokunda 2 qızıl medal qazandılar

Ağır atletlərimiz Dünya kubokunda 2 qızıl medal qazandılar

Aktual

23 May 2021, 00:31

Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya Kubokunda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerlifting idman növü üzrə milli komandasının üzvləri qızıl medal qazanıblar.

 

Modern.az Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, 107 kq çəki dərəcəsində iştirak edən Elşən Hüseynov 227 kq, +107 kq çəki dərəcəsində iştirak edən Şamo Aslanov 222kq nəticə göstərərək yarışın qızıl medalına sahib oldular.

 

Qeyd edək ki, yarış Tokio 2020 Yay Paralimpiya oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı