Modern.az

Samirə Əfəndi Avroviziyadan yazdı: "Biz artıq qalibik"

Samirə Əfəndi Avroviziyadan yazdı: "Biz artıq qalibik"

Aktual

23 May 2021, 09:25

“Kimin qalib gələcəyinin əhəmiyyəti yoxdur. Biz artıq qalibik”.

 

Modern.az  xəbər verir ki, bu sözləri “Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndi instaqram hesabında yazıb.

 

Samirənin paylaşdığı fotoda ona daha əvvəl sevgi etirafı edən Norveç təmsilçisi Andreas Haukeland - TIX yer alıb.

 

Qeyd edək ki, “Avroviziya-2021”in qalibi 524 xalla İtaliya təmsilçisi  “Maneskin” qrupu olub.

 

İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox xal toplayan ifa olub.

 

Azərbaycanı “Mata Hari” mahnısı ilə təmsil edən Samirə Əfəndi isə 20-ci pillədə qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia