Modern.az

Saatlıda 31 yaşlı qadın intihara cəhd etdi

Saatlıda 31 yaşlı qadın intihara cəhd etdi

Aktual

23 May 2021, 09:59

Saatlı rayonunda intihara cəhd hadisəsi olub.

 

Modern.az  yerli KİV-ə istinadən bildirir ki, hadisə Nəsimikənd kəndində qeydə alınıb.

 

Kənd sakini, 1990-cı il təvəllüdlü Bəkirova Aynurə Salman qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü iplə asaraq intihara cəhd edib. Lakin yaxınları bundan vaxtında xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olub.

 

A.Bəkirova Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı