Sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərlərə görə, İkinci Qarabağ Müharibəsi zamanı İrana keçən 160 erməni hərbçini Tehran hələ də girov saxlayır.
O da qeyd olunur ki, İranın yüksək rütbəli hərbçilərindən ibarət nümayəndə heyətinin ötən həftə İrəvana rəsmi səfərində müzakirə olunan məsələlər arasında həmin girovların taleyi də vardı.
Bəzi iddialara görə, Tehran 160 erməni hərbçini geri qaytarmaq əvəzində Ermənistan qarşısında şərtlər qoyub.
Modern.az xəbər verir ki, Erçənistan Müdafiə Nazirliyi 160 erməni əsgərinin İran İslam Respublikasında olması xəbərini şərh edib.
Nazirlikdən “Armenpress”ə verilən məlumatda "İranda ən azı 1erməni əsgərinin olması barədə məlumatımız yoxdur" deyilib.