Modern.az

Sabirabadda kişi sirkə turşusu içdi: reanimasiyaya yerləşdirildi

Sabirabadda kişi sirkə turşusu içdi: reanimasiyaya yerləşdirildi

Aktual

23 May 2021, 13:27

Sabirabad sakini sirkə turşusundan zəhərlənib.

 

Modern.az-ın məlumatına görə, Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1989-cu il təvəllüdlü Vahidov Tarverdi Nadim oğlu yüksək faizli sirkə essensiyası içib.

 

T.Vahidov qida borusunun və mədənin kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun sirkə turşusunu bilərəkdən və ya səhvən içdiyi aydınlaşdırılır.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı