Türkiyədə son 24 saatda daha 197 nəfər koronavirusdan vəfat edib.
Modern.az xəbər verir ki, bu gün ölkədə 7839 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb.
Yeni sağalanların sayı 11 202, ağır xəstə sayı isə 1843 nəfərdir.
Qeyd edək ki, ötən gün Türkiyədə koronavirusdan ölənlərin sayı 231, yeni yoluxanların sayı isə 8 697 nəfər olub.
T.İSMAYIL