Modern.az

Ucarda yol qəzası - xəsarət alan var - FOTO

Ucarda yol qəzası - xəsarət alan var - FOTO

Aktual

24 May 2021, 00:02

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün axsam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

 

Ucar rayonunun Lək kənd sakini, 1983-cü il təvəllüdlü Pərviz Əmirxan oğlu Cəbrayılov idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə qarşısına çıxan 3 iribuynuzlu heyvanını vurub. Nəticədə P.Cəbrayılov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır (apa).

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia