Ötən həftə ərzində 243 hektar ərazi minalardan təmizlənib.

 

Modern.az məlumatına görə, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.

 

Məlumata görə, may ayının 17-dən 22-dək əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 93, tank əleyhinə 33 mina və 873 partlamamış hərbi sursat aşkarlanıb.