Modern.az

Hərbi Qənimətlər Parkına nə üçün gedirsiniz...

Hərbi Qənimətlər Parkına nə üçün gedirsiniz...

Aktual

24 May 2021, 10:40

44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi üçün yaradılan Hərbi Qənimətlər Parkı ilə bağlı 10-15 may tarixlərində Media Təhlil Mərkəzi (MTM) tərəfindən sorğu keçirilib.

Modern.az-ın məlumatına görə, sorğuda iştirak edən 1100 respondentin 47%-ni qadınlar, 53%-ni kişilər təşkil edib.

Hərbi Qənimətlər Parkını ziyarət etməyin üstünlükləri barədə verilən suala 3 cavab seçmək imkanı olub.

Respondentlərin cavablarının faiz göstəriciləri aşağıdakı kimidir:

Şəhid və qazilərimizin uğurlarının şahidi olmaq – 73,5%;

Canlı tarixi gözlərimizlə görmək – 69,4%;

Döyüş anlarını təsəvvür etmək – 49,6%;

Uşaq və gənclərdə vətənpərvərlik hissinin artırılması – 49,2%;

Hərbi bilikləri artırmaq – 17,9%;

Maraqlı vaxt keçirmək – 13,5%;


Sorğuda iştirak edən kişilərin 70, qadınların 78 faizi qeyd edib ki, Hərbi Qənimətlər Parkını ziyarət etməyin üstünlüyü şəhid və qazilərimizin uğurlarına şahid olmaqdır.


Respondentlərin 73,1%-i hesab edir ki, parkda ən çox diqqət çəkən pavilyon düşmənin müdafiə səddidir. İştirakçıların 20%-i üçün videozal daha maraqlıdır. Suvenir satışı məntəqəsini bəyənənlər isə cavab verənlərin 6,9%-ni təşkil edib.


Eksponatlarla bağlı verilən suala da respondentlərin maksimum 3 cavab vermək imkanı olub. Nəticələr göstərir ki, zirehli texnikaları görmək istəyənlər respondentlərin 70,1%-ni təşkil edir.


Cavab verənlərin 64,5%-i “Artilleriya silahları” variantını seçib. İştirakçıların 56,9%-i silah-sursat eksponatlar sərgisini, 31,1%-i avtomobil texnikalarını, 12,7%-i qoşquları görmək istəyir. Bu suala cavab verməkdə çətinlik çəkənlər respondentlərin 15,6%-ni təşkil edib.


Sorğuda iştirak edən kişilərin 77, qadınların 63 faizi Hərbi Qənimətlər Parkında ən çox zirehli texnikanı görmək istədiklərini bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı