Modern.az

Yerli telekanalların tamaşaçı auditoriyası niyə azalıb? - Ekspert RƏYİ

Yerli telekanalların tamaşaçı auditoriyası niyə azalıb? - Ekspert RƏYİ

Aktual

24 May 2021, 12:15

Son dövrlər əsas informasiya mənbəyinə çevrilən internet və sosial şəbəkələr televiziyaya olan marağı kəskin şəkildə azaldıb. Televiziyalar demək olar ki, əvvəlki nüfuzunu itirib. Televiziya kanalları nüfuzunu artırmaq üçün nələr etməlidir, yeni telekanalların açılmasına ehtiyac varmı?


Media eksperti Zeynal Məmmədli Modern.az-ın suallarını cavablandırıb. O bildirib ki, televiziyalara olan marağın və onların nüfuzunun azalması ciddi araşdırmalar əsasında aydınlaşdırılmalıdır:

“Televiziya əvvəlcədən nüfuzsuz olaraqmı başlayıb, yoxsa sonradanmı nüfuzunu itirib - bunların hər birinə aydınlıq gətirilməlidir. Digər məsələ isə tamaşaçıların seçimidir. Tamaşaçılar nəyə baxmağı arzulayır, nə istəyir?

Bizim ən reytinqli verilişlərimizin 200-300 min tamaşaçısı var və bununla fəxr edirlər. Azərbaycan əhalisinin 6%-i əlil,  10%-dən çoxu pensiyaçıdır, gənclər və uşaqlar da var. Bunların hər biri konkret auditoriyadır və dəyərləndirmək lazımdır. Telekanallarda olan problem ümumilikdə ölkənin məsələsidir və kökdən həll olunmalıdır.

Əgər cəmiyyət kanallardan narazıdırsa, etiraz etməlidir. Biz hələ görməmişik ki, cəmiyyətdən kimsə televiziyalar üçün etirazını bildirsin. Əgər etiraz olmayıbsa, deməli televiziyalardan olan narazılıq pik həddə deyil”.


Ekspert yeni telekanallara ehtiyac olub-olmadığı barədə də  danışıb:


“Azərbaycan o qədər də böyük ölkə deyil. Hazırda xeyli televiziya kanalı var. Əgər ölkənin reklam bazarı aydın deyilsə, ölkədə sərbəst iqtisadiyyat, sərbəst bazarla bağlı problemlər varsa, yeni kanalların açılması bizə nə verəcək? Onlar haradan maliyyələşəcək? Bir kanalın müstəqil fəaliyyəti üçün öncül şərt onun müstəqil maliyyə qaynağının olmasıdır. Bu yoxdursa, təbii ki, yeni kanallara ehtiyac da yoxdur”.

 

Mehri Qurban

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı