Modern.az

Salyanda ağır yol qəzası - bir ailənin 4 üzvü yaralandı

Salyanda ağır yol qəzası - bir ailənin 4 üzvü yaralandı

Aktual

26 May 2021, 23:19

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, yol qəzası zamanı bir ailənin dörd üzvü - Neftçala rayonunun Muğanqışlaq kənd sakini, 1971-ci il təvəllüdlü Orucova Sədaqət Şamil qızı, onun Lənkəranda yaşayan qızı və nəvələri, 1995-ci il təvəllüdlü Orucova Aybəniz Elman qızı, 2015-ci il təvəllüdlü Oruczadə Şükufə Əliqəm qızı, 2017-ci il təvəllüdlü Oruclu Səid Əliqəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı