2027-ci ildə əmək pensiyalarının ödənilməsinə 8 milyard 669 milyon 430 min manat yönəldilməsi planlaşdırılır.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında qanun layihəsində bildirilib.
Fondun ümumi xərcləri 9 milyard 272 milyon 540 min manat nəzərdə tutulur. Bunun 8 milyard 950 milyon 60 min manatı əhaliyə ödənişlərə yönəldiləcək.
Layihəyə əsasən, Fondun gəlirləri 9 milyard 220 milyon 500 min manat olacaq. Xərclərin maliyyələşdirilməsinə əvvəlki dövrdə yaradılmış ehtiyatdan da 52 milyon 40 min manat cəlb edilməsi nəzərdə tutulur.