Modern.az

Keçmiş məcburi köçkünlərə 289,4 milyon manat ayrılacaq

Keçmiş məcburi köçkünlərə 289,4 milyon manat ayrılacaq

İqtisadiyyat

Bu gün, 11:05

2027-ci ildə keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinə 289,4 milyon manat ayrılması planlaşdırılır.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda qeyd edilib.

Həmin vəsaitin 257,3 milyon manatı vahid aylıq müavinətin verilməsinə yönəldiləcək.

Kommunal xidmət haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə 14,6 milyon manat, digər tədbirlərə isə 17,5 milyon manat nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!