Modern.az

Milli komandamız bu gün Türkiyə ilə qarşılaşır

Milli komandamız bu gün Türkiyə ilə qarşılaşır

Aktual

27 May 2021, 09:00

Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirəcək.

Modern.az xəbər verir ki, italiyalı baş məşqçi Canni De Byazinin çalışdırdığı komandamız səfərdə Türkiyə yığması ilə qarşılaşacaq.

Alanya şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bu, millimizin qardaş ölkənin komandası ilə 8-ci dueli olacaq. Tərəflər indiyədək 3-ü yoldaşlıq, 4-ü rəsmi görüş olmaqla 7 dəfə üz-üzə gəlib. Millimiz bu oyunların yalnız birində qalib gəlib. 5 dəfə Türkiyə yığması qələbə qazanıb və 1 heç-heçə qeydə alınıb.
 
27 may

Yoxlama oyunu
 
21:00. Türkiyə – Azərbaycan
Baş hakim:
 Genc Nuza (Kosovo)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı