Modern.az

Əməliyyat olunan Milli Qəhrəmanın vəziyyəti sabitləşdi

Əməliyyat olunan Milli Qəhrəmanın vəziyyəti sabitləşdi

Aktual

27 May 2021, 12:03

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevin doğum günüdür. 1950-ci ildə mayın 27-də Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olan Milli Qəhrəman 71 yaşını qeyd edir.

Xatırladaq ki, Maşallah Abdullayevin səhhəti bir müddət öncə pisləşmişdi.

Modern.az
saytının əməkdaşı Milli Qəhrəmanın kürəkəni Sahib Babayevlə əlaqə saxlayaraq,  onun son durumu ilə maraqlanıb.

Kürəkəninin sözlərinə görə, Maşallah Abdullayev əməliyyat olunub, hazırda vəziyyəti normaldır:

“Maşallah bəy bir müddət öncə prostat vəzidən əməliyyat olunub. Əməliyyatdan sonra çətin günlər keçirdi, hazırda vəziyyəti normaldır. Ad gününün olduğunu da xatırlayır”.


Fidan İlqar

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı