Modern.az

“İplər bizim əlimizdədir” - erməni diversantlarla bağlı ŞƏRH

“İplər bizim əlimizdədir” - erməni diversantlarla bağlı ŞƏRH

Aktual

27 May 2021, 12:18

“Azərbaycan 6 erməni hərbçisini sərhəddə mina basdırarkən əsir götürüb. Nikol Paşinyan bu vəziyyətdə nə edəcək? Ermənistanın baş nazir vəzifəsini icra edən şəxs yenə ətraf aləmdən kömək istəyəcək. Artıq Paşinyan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazılığını açıq dilə gətirməyə başlayıb”.

Modern.az-ın məlumatına görə, bunu mayın 27-də Kəlbəcər istiqamətində saxlanılan erməni diversantlarla bağlı hadisəni şərh edən siyasi ekspert Elxan Şahinoğlu bildirib.


Onun sözlərinə görə, Paşinyanın lideri olduğu partiyanın parlamentdəki qrup rəhbəri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını sərt tənqid edərək onları proseslərə seyrçi qalmaqda ittiham edib.


“Paşinyana dəstək yenə Qərbin bəzi ölkələrindən gələcək, kimlərsə Azərbaycan əleyhinə açıqlama verəcək və rəsmi İrəvan həmin açıqlamaları geniş yayacaq ki, əhalini sakitləşdirsin. Ermənistan müxalifəti erməni həbrçilərin Azərbaycan hərbçiləri tərəfindən əsir götürülməsini seçki öncəsi Paşinyanın mövqelərini zəiflətmək üçün istifadə etməyə çalışacaq. Əgər biz həmin 6 əsiri seçkiyə qədər İrəvana təhvil versək tam əksinə bu Paşinyanın reytinqinə müsbət təsir edəcək. İplər bizim əlimizdədir”,-E.Şahinoğlu bildirib.

 
Digər şərhçi Asif Nərimanlı isə deyib ki, dünən Şuşaya hücum edə ermənilərin bu gün Kəlbəcər istiqamətində yolları minalamağa cəhd etməsi Ermənistanın sərhəddəki gərginliyi yenidən Azərbaycanın daxilinə köçürməsi planıdır.


"Plana uyğun Qarabağdakı terrorçuların da təxribat hücumlarını artıracağı istisna deyil. Hadisələrin inkişafı Ordumuzun növbəti mərhələdə zərərsizləşdirmə addımlarını Qarabağdakı terrorçulara qarşı atacağını qaçılmaz edir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı