Modern.az

Şabranda həyətində çətənə bitkiləri yetişdirən şəxs saxlanıldı

Şabranda həyətində çətənə bitkiləri yetişdirən şəxs saxlanıldı

Aktual

28 May 2021, 09:58

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şahnəzərli kənd sakini Eyvaz Qafarov saxlanılıb.

 

Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 19 ədəd çətənə bitkisi aşkarlanıb.

 

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...