Modern.az

Polislərin fəaliyyətindən bəhs olunan “İFŞA” FİLMİ - FOTO

Polislərin fəaliyyətindən bəhs olunan “İFŞA” FİLMİ - FOTO

Aktual

28 May 2021, 12:04

Azərbaycan polisləri haqqında film çəkilib.

 

Modern.az xəbər verir ki, "İFŞA” adlı serialda polislərin fəaliyyətindən bəhs olunur.

 

Layihənin məsləhətcisi Daxili İşlər Nazinin 1-ci müavini general-leytenant Seyfulla Əzimov, layihə  rəhbəri və ideya müəllifi Ramiz Alıyev, hüquqşünası fəlsəfə doktoru Zaur Adıgözəlovdur. Serial polis əməkdaşlarının insan alveri, narkomaniyaya, kiber və digər cinayətkarlıqla mübarizəsindən  bəhs edir. Serial Daxili İşlər Nazirliyinin dəstəyi ilə çəkilib. 27 May saat 22.30-da Azad Azərbaycan (ATV) televiziyasında yayımlanacaq serialın başlanğıc olaraq 6 bölümdən ibarət olması nəzərdə tutulub.  Serialın quruluşçu rejissoru  Elvin Abdulla, ssenaristləri Fariz Əliyev və Səbuhi Bayramov, produsserləri  Nicat Həsənzadə və Vüqar Təhməzovdur. Azərbaycanın xalq artisti Rasim Balayev, əməkdar artistlər Sənubər İsgəndərli, Fizuli Hüsyenov, Cavanşir Hadıyev, Gülər Nəbiyeva, Murad Məmmədov, aktyorlar Məhəmməd Verdizadə, Tural Əhməd, Könül Cəfərzadə, Zülfiyyə Qurbanova, Şahin Nəsirli, Vahid Oruc, Mahir Mirişli, Flora Hüseynli, Simuzər Nadirqızı, İsmayıl Kərimov, Şahin Yüksəl, Fərda Xudaverdiyev və digər gənc aktyorlar serialda rol alıblar. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı