Modern.az

Azərbaycan ordusunda Respublika Günü tədbirləri - FOTO

Azərbaycan ordusunda Respublika Günü tədbirləri - FOTO

Aktual

28 May 2021, 20:35

28 may - Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.


Modern.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, sənədli və bədii filmlər nümayiş olunub.


Eyni zamanda ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Milli Qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanlarının abidələri, Şəhidlər xiyabanları ziyarət edilib, abadlıq işləri aparılıb.


Hərbi hissələrdə bayram konsertləri, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlər keçirilib.

 

***

 

28 may - Respublika Günü münasibətilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N nömrəli hərbi hissədə tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışılıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərancamlarına əsasən bu tarixi günün hər il xalqımız tərəfindən bayram edildiyi xüsusi vurğulanıb.


Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edib.

 

 

 

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı