Modern.az

Gəncədə zəncirvari qəza - 4 nəfər xəsarət aldı - FOTO

Gəncədə zəncirvari qəza - 4 nəfər xəsarət aldı - FOTO

Aktual

28 May 2021, 21:05

Gəncədə beş maşının toqquşması nəticəsində zəncirvari qəza baş verib.

 

Modern.az xəbər verir ki, hadisə H.Əliyev prosspektində olub.

 

İlkin məlumata əsasən, qəza zamanı “VAZ 2107”, “VAZ 21099”, “Nissan”, “VAZ21015” və Çin istehsalı olan “GAC” markalı avtomobillər toqquşub.

 

Hadisə nəticəsində dörd nəfər – 1983-cü il təvəllüdlü İsamyılov Ramiz Zakirəddin oğlu, 1980-ci il təvəllüdlü Qurbanov Ramiz Nazim oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Çingiz Qabil oğlu və 1983-cü il təvəllüdlü İsmalıyov Ramin müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və vəziyyətləri orta ağırıdır. Xəsarət alan şəxslərin bədənlərində müxətlif sınıqlar var.

 

Hadisə yerinə Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın təfərrüatı araşdırılır (oxu.az).

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı