Modern.az

İdarəetmədən çıxan nəhəng tanker Bosfor boğazını bağladı

İdarəetmədən çıxan nəhəng tanker Bosfor boğazını bağladı

Aktual

29 May 2021, 00:21

İstanbulun Bosfor boğazı gəmilərin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.

 

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, buna səbəb uzunluğu 249 metrə çatan və Xorvatiya bayrağı altında üzən “Rava” neft tankerinin idarəetməni itirməsi olub.

 

Məlumata əsasən, gəminin sükan mexanizmi sıradan çıxıb və o, Yeniköy yaxınlığında sahilə doğru yan almağa başlayıb. Tanker sahilə 300 metr qalmış buksir gəmilərinin köməyi ilə dayandırılıb. Hadisə nəticəsində hər nahsı bir insan tələfatı və ya ekoloji zərər qeydə alınmayıb.

 

Artıq boğazda hərəkətin tam olaraq bərpa edildiyi bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri