Modern.az

"Messi ilə danışıqlar yekunlaşmayıb" - "Barselona"nın prezidenti

Aktual

29 May 2021, 00:38

"Biz işləməyən bir layihəni yekunlaşdırırıq və "Barsa" azarkeşlərinə zövq verəcək yeni layihəyə start veririk".

 

Modern.az xəbər verir ki, bunu "Barselona" klubunun prezidenti Joan Laporta ötən gün keçirdiyi mətbuat konfransında deyib.

 

"Messi ilə yeni müqavilə danışıqları yaxşı irliləyir, ancaq hələ heç nə yekunlaşmayıb. Bizim çox yaxşı əlaqələrimiz var. Messi "Barsa"nı sevir və hamımız onun bizimlə davam etməsini istəyirik.

 

Messi layihəmiz barədə həyəcanlıdı. Onun müqavilə yeniləməsi ilə bağlı nikbinəm.

 

Uğursuzluqların müəyyən nəticələri olur və biz komandanı inkişaf etdirməliyik. Növbəti həftə biz transferləri açıqlayacağıq" - deyə Laporta bildirib.

 

T.İSMAYIL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı