Modern.az

Qaxda və Tərtərdə güclü yanğın

Qaxda və Tərtərdə güclü yanğın

Aktual

29 May 2021, 09:18

Qax rayonunda yanğın olub.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 81 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Oxşar hadisə Tərtər rayonu, Şıxarx qəsəbəsində də baş verib. Ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı