Modern.az

Bakıda qız oğlanı bıçaqladı

Bakıda qız oğlanı bıçaqladı

Aktual

29 May 2021, 09:42

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

 

Belə ki, "Koroğlu" metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı tanışı, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib.

 

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. N.Paşayevə sol bazunun kəsilmiş-deşilmiş yarası, G.Kərimovaya isə qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı