Modern.az

Bakıda bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

Bakıda bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

Aktual

29 May 2021, 10:22

Bakıda İstiqlaliyyət küçəsində yolun bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Modern.az-a verilən məlumatına görə, 4-6 iyun tarixlərində Bakıda baş tutacaq 5-ci Formula 1 Qran Prisinə hazırlıq işləri çərçivəsində İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində müvəqqəti inşa olunmuş yerüstü piyada keçidinin hər iki dayaq tərəfinə mayın 29-u, səhər saat 07:00-da liftin quraşdırılmasına başlanılıb.

 

Liftlərdən biri Azərbaycan prospektinə düşdüyü üçün həmin yolun bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən xahiş olunur ki, qeyd olunan hissədə avtomobillərini parklamasınlar.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!