Modern.az

Ermənilər feodal dövrünün tələblərinə uyğun gələn bir dövlət belə qura bilməyiblər

Ermənilər feodal dövrünün tələblərinə uyğun gələn bir dövlət belə qura bilməyiblər

Aktual

29 May 2021, 14:18
 

Azərbaycan hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə, hətta Ermənistan kimi işğalçı, vandal, azərbaycanlılara qarşı soyqırım cinayətləri həyata keçirən bir ölkəyə münasibətdə də özünü ləyaqətlə aparıb, müharibə dövrünün yazılmış və yazılmamış bütün qanunlarına, Beynəlxalq  Humanitar Hüququn və onun əsasını təşkil edən Cenevrə Konvensiyaları, həmçinin bu konvensiyalara əlavə edilmiş protokolların müddəalarına riayət edib.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. 

 

Prezident İlham Əliyevin Ağdam şəhərinə səfərinə və səfər çərçivəsində səsləndirdiyi fikirlərə diqqət çəkən millət vəkili qeyd edib ki, Azərbaycan  Ordusunun ölkəmizin ərazi bütövlüyü uğrunda müharibədə nümayiş etdirdiyi misilsiz qəhrəmanlıqlarla yanaşı, əsgər və zabitlərimizin əsl hərbçi şərəfinə uyğun davranışları bütün dünya üçün nümunə sayıla bilər: “Azərbaycan Ordusu 30 ilə yaxın bir müddət ərzində torpaqlarımızı istismar edən, yaşayış məntəqələrimizi viran qoyan, xalqımıza qarşı ağır soyqırım cinayətləri həyata keçirən işğalçıya qarşı və öz yürd yerlərini azad etmək üçün savaşırdı. Təbii ki, belə bir amansız, ləyaqət hissi olmayan düşmənə qarşı savaşda, ağır psixoloji təsir altında mərhəmət hissini unutmamaq, humanizm numayiş etdirmək, bəşər tarixində misli görünməmiş müharibə cinayətləri törətmiş işğalçıya münasibətdə belə ləyaqətli davranmaq çox nadur hallarda rast gəlinən və bəlkə də müharibələr tarixində mövcud olmayan bir hadisədir. Bu isə bizim bir xalq və dövlət olaraq fərqimizi, böyüklüyümüzü, nəcibliyimizi və yüksək mənəvi dəyərlərə söykənən keyfiyyətlərimizi nümayiş etdirir”.

 

Azər Kərimlinin sözlərinə görə, müharibədən qalib və ləyaqətli bir xalq olaraq çıxan, öz gücünü, yüksək mənəvi potensialını əməldə göz önünə sərgiləyən Azərbaycan xalqını bundan sonra daha böyük inkişaf, daha böyük gələcək gözləyir: “Cənab Prezidentin də qeyd etdiyi kimi, bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi, qürur hissi ilə yaşayacaq və şanlı qələbəmiz tarixdə əbədiyyətə qədər qalacaq, qəhrəmanlığın, mərdliyin, insanlığın, ləyaqətin rəmzinə çevriləcəkdir”.

 

Azərbaycan Prezidentinin öz nitqində Ermənistanın bir dövlət kimi formalaşa bilməməsinin səbəbləri ilə bağlı fikirlərinə diqqət çəkən millət vəkili, erməni xalqının baş verənlərdən nəticə çıxarmayacağı təqdirdə, onu daha acınacaqlı bir taleyin gözlədiyini bildirib: “Prezident İlham Əliyev ermənilərin dövlət qura bilməmələrinin səbəbləri haqqında söz açarkən, onların ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bildiklərini dedi. Tarix də bunu tamamilə sübuta yetirir. Ermənilər tarixi Azərbaycan torpaqlarında dövlət qurublar və müxtəlif dövrlərdə iradəmizə zidd olaraq, bizim ərazilərimizdən onlara torpaq veriblər. Amma bu torpaqlar üzərində hətta feodal dövrünün tələblərinə uyğun gələn bir dövlət də qura bilməyiblər. 30 ilə yaxın davam edən işğal da sübuta yetirdi ki, faşizmin ən aqressiv formasının kök saldığı erməni cəmiyyəti vəhşi qəbilə təfəkkürü ilə hərəkət edir. Məhz bu baxımdan, Azərbaycan Ordusu bütün Qafqaz üçün böyük təhlükə yaradan zəhərli və xəstə bir ideologiyanı məğlub edib və bölgə xalqlarının rahat nəfəs almalarına imkan yaradıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı