Modern.az

Sumqayıt sakinindən odlu silah götürüldü

Sumqayıt sakinindən odlu silah götürüldü

Aktual

29 May 2021, 14:39

Şamaxıda Sumqayıt sakinindən odlu silah götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səlimbəyli saxlanılıb. Şəxsi axtarış zamanı ondan "Marqolin" markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!