Modern.az

Aerobika gimnastikası üzrə dünya çempionatının final günü başladı

Aerobika gimnastikası üzrə dünya çempionatının final günü başladı

Aktual

29 May 2021, 15:00

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının final günü başlayıb.

 

Modern.az-ın məlumatına görə, yarışların son günündə qarışıq cütlüklər arasında, kişilər arasında fərdi proqramda, aerodans üzrə və qrup hərəkətlərdə final mərhələsi və mükafatlandırma mərasimi keçiriləcək.

 

Bundan başqa, ən yaxşı çıxışa görə VTB-nin mükafatı təqdim olunacaq.

 

Kişilər arasında fərdi proqramda, aerodans proqramında və qrup hərəkətlərdə Azərbaycan gimnastları finalda mübarizə aparacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı