Modern.az

Gimnastımız dünya çempionatında 7-ci oldu

Gimnastımız dünya çempionatında 7-ci oldu

Aktual

29 May 2021, 16:45

Azərbaycan gimnastı Vladimir Dolmatov Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında yeddinci olub.

 

Modern.az xəbər verir ki, təmsilçimizin kişilərin fərdi proqramında çıxışı hakimlər tərəfindən 21,100 xalla qiymətləndirilib.

 

Yarışın qalibi ispaniyalı Migel Mane olub. Proqramını uğurla təqdim edən M.Mane hakimlərdən 22,350 xal alıb. 

 

Gümüş medalı Roman Semyonov (Rusiya, 22.200 xal), bürünc medalı isə Lukas Barboza (Braziliya, 22.150 xal) qazanıblar.

 

Yarışda 22 ölkədən171 gimnast birincilik uğrunda mübarizə aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri