Modern.az

Azərbaycanda nazirliyin 30-a yaxın əməkdaşı işdən çıxarıldı

Azərbaycanda nazirliyin 30-a yaxın əməkdaşı işdən çıxarıldı

Aktual

29 May 2021, 17:34

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 30-a yaxın şəxsi işdən azad edib.

 

Modern.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon Şöbəsinin 30 əməkdaşı işdən azad olunaraq, Fondun Tovuz rayonun şöbəsinə köçürülüb.

 

İlkin məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun Qazax və Tovuz filialları birləşdirilərək, regional mərkəz yaradılır.

 

Hazırda Fondun Qazax Rayon Şöbəsində bir neçə əməkdaş qalıb, rəhbərlik səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq Nemət Mərdalıyeva həvalə olunub./Oxu.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı