Modern.az

“Bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik” - Əli Əsədov

“Bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik” - Əli Əsədov

Aktual

29 May 2021, 17:57

“Biz Ermənistan Respublikasının bircə qarış belə torpağına iddia etmirik, lakin özümüzün də bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik”.

 

Modern.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında deyib.

 

Baş nazir qeyd edib ki, bu, bizim prinsipial mövqeyimizdir: “Azərbaycan 2020-ci il noyabrın 20-də, yəni Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən hərbi əməliyyatlar dayandırılandan sonra əllərində silah olduğu halda Azərbaycan ərazisinə keçmiş və dörd nəfəri, o cümlədən üç dinc sakini qətlə yetirmiş erməni hərbçilərini hərbi əsir hesab etmir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı