Modern.az

Azərbaycanda şagird məktəbin binasından yıxıldı

Azərbaycanda şagird məktəbin binasından yıxıldı

Aktual

29 May 2021, 18:45

Mingəçevirdə şagird məktəbin üçüncü mərtəbəsindən yıxılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Texniki Humanitar Liseydə baş verib.

 

Liseyin 7-ci sinif şagirdi, 13 yaşlı Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının üçüncü mərtəbəsindən yerə yıxılıb.

 

Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri