Modern.az

Yeni ölümcül pandemiya yayılır

Yeni ölümcül pandemiya yayılır

Aktual

29 May 2021, 20:00

Artıq çəki və piylənmə cəmiyyətdə o qədər artıb ki, ölümcül pandemiya xüsusiyyəti qazanıb.

 

Modern.az xəbər verir ki, bu barədə rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.

 

Onun sözlərinə görə, insanlar koronavirus pandemiyasından daha çox artıq çəkinin nəticələrindən ölürlər.

 

Myasnikov piylənmənin bəşəriyyətin demək olar ki, yarısına (insanların 47 faizi) xas olduğunu və planetin hər onuncu sakininin bundan əziyyət çəkdiyini vurğulayıb.

 

Həkim bildirib ki, koronavirus pandemiyası ildə təxminən iki milyon insanı öldürürsə, piylənmə ilə əlaqəli xəstəliklərdən Yer üzündə on milyonlarla insan ölür.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!