Modern.az

Şabranda ağır qəza - bir ailənin üç üzvü yaralandı

Şabranda ağır qəza - bir ailənin üç üzvü yaralandı

Aktual

29 May 2021, 21:20

Şabran rayonu ərazisində 3 nəfərin yaralanmasına səbəb olan qəza qeydə alınıb.

 

Modern.az xəbər verir ki, hadisə Şabran- Zeyvə yolunun Dağbilici kəndindən keçən hissəsində rayonun Dağbilici kənd sakini Əlabbas Qulu oğlu Cəfərovun idarə etdiyi Vaz-2109 markalı avtomaşınla Zöhrəmli kənd sakini Şaiq Əlibala oğlu Nağdəliyevin idarə etdiyi Vaz-2106 markalı avtomobil toqquşub. Nəticədə Vaz-2106-da olan sürücü və sərnişinlər-sürücünün oğlu, 22 yaşlı Osman Nağdəliyev və həyat yoldaşı xəsarət alıblar.

 

Hadisə yerinə FHN-nin xiilasediciləri və polis əməkdaşları cəlb olunub. Sərnişinlərdən Osman Nağdəliyev avtomobildə sıxılıb qaldığından FHN-nin xilasedicilər onu çıxarıblar.

 

Qəzanın başvermə səbəbləri araşdırılır.

 

Aytəkin ALXASLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı