Modern.az

Sabirabadda piyadanı maşın vurdu

Sabirabadda piyadanı maşın vurdu

Aktual

29 May 2021, 23:32

Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Şıxsalahlı kəndində qeydə alınıb.

 

“VAZ 2106” markalı avtomobil yolu keçən kənd sakini, 1961-ci il təvəllüdlü Famil Məmmədovu vurub. Piyada sınıq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Sabirabad Polis Şöbəsində araşdırma aparılır (apa).

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri