Modern.az

Ağstafada iki maşın toqquşdu - xəsarət alanlar var

Ağstafada iki maşın toqquşdu - xəsarət alanlar var

Aktual

30 May 2021, 00:44

Bakı-Qazax avtomobil yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, Ağstafa rayon Dağkəsəmən kənd ərazisində 2 avtomobilin toqquşması nəticəsində, Qazax rayon sakini, 1996-cı il təvəllüdlü Elfaq Çoban və Ağstafa rayon sakini, 1980-cı il təvəllüdlü Mollayeva İlhamə İsmayıl qızı xəsarət alıb.

 

Qadının aldığı xəsarət daha ciddidir. Hər iki şəxs Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır (report).

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!