Modern.az

Londonda diqqəti cəlb edən Respublika Günü aksiyası

Londonda diqqəti cəlb edən Respublika Günü aksiyası

Aktual

30 May 2021, 11:22

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Qrup"un təşkilatçılığı ilə London şəhərində 28 may – Respublika Gününün 103-cü ildönümünə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.

 

Modern.az xəbər verir ki, aksiya zamanı Led ekranda "28 may – Azərbaycanın Respublika Günü" və "Şərqdə ilk demokratik respublika" sözlərinin yazıldığı yük maşınının hərəkəti təmin edilib. Səhər saat 10:00 dan axşam saat 20:00-a kimi maşın şəhərin Trafalqar meydanı, Pikkadilli Sirki, Parlament meydanı, Cənub (South) bank marşrutu üzrə hərəkət edib.

 

Bu zaman ekranda Bakının, Azərbaycanın işğaldan azad olunmuş Şuşa, Zəngilan, Cəbrayıl, Ağdam, Qubadlı şəhərlərindəki tarixi memarlıq və dini abidələrinin, hər güşəsində üçrəngli bayrağımızın dalğalandığı məmləkətimizin gözəl təbiətinin təsvirləri nümayiş etdirilib.

 

Aksiya ölkəmizin tarixinə və ərazi bütövlüyünün bərpa olumasına diqqəti cəlb etmək məqsədilə gerçəkləşdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı