Modern.az

Nazir Karaismailoğlu: "Naxçıvanda yeni dəhlizin inşasını birlikdə həyata keçirəcəyik”

Nazir Karaismailoğlu:

Aktual

30 May 2021, 13:45

“Biz də dəmir yolu məsələsində çalışırıq”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

 

Türkiyəli nazir deyib ki, Naxçıvan ilə Qars arasındakı, Qars-Aralık-Dilucu arasındakı layihələrimizi yekunlaşdırmışdıq: “İnşallah, onları da bir proqram şəklində hazırlayıb bu dəmir yolunu – Naxçıvan ərazisindən yeni bir koridorun inşasını birlikdə həyata keçirəcəyik.

 

Dostlarımızla toplantılarımızı keçirəcəyik. Qardaşlarımızın işi bizim işimizdir. İnşallah, hamımız birlikdə əl-ələ verərək gözəl işlərə imza atacağıq”.

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!