Modern.az

İki güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

İki güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

Aktual

30 May 2021, 15:10

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-15 Avropa çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.

 

Modern.az xəbər verir ki, qitə birinciliyində ölkəmizi təmsil edən idmançılardan ikisi fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (38 kiloqram) və Rinat Nuriyev (62 kiloqram) Avropa çempionatını gümüş medalla başa vurublar.

 

Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakimimiz Bəşir İsazadə ədaləti qoruyub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri