Modern.az

Göyçayda iki maşın toqquşdu - xəsarət alanlar var - FOTO

Göyçayda iki maşın toqquşdu - xəsarət alanlar var - FOTO

Aktual

30 May 2021, 21:20

Göyçay rayonunda iki avtomobil toqquşub.

 

Modern.az xəbər verir ki, hadisə Göyçayın Qızılağac -Cəyirli kəndi yaxınlığında baş verib.

 

Belə ki, 90 ET 923 dövlət qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobil ilə 23 BM 938 dövlət qeydiyyat nişanlı eynimarkalı minik maşını toqquşub. Nəticədə sürücü Qızılağac kənd sakini, 1967-ci il təvəllüdlü İsmayılov Bəhman, və Elman İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıblar. Avtomobildə olan sərnişinlərdən 1962-ci il təvəllüdlü Hüseyn Bəkirov, 1957-cu il təvəllüdlü Sahib Həşimov, eləcə də Coşqun Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Faktla bağlı araşdırma aparılır (oxu.az).

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı