Rusiyanın Yekaterinburq şəhərində atışma olub.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında bildirilir.
Məlumata görə, atışma zamanı qız və Rusiya Milli Qvardiyasının əməkdaşı yaralanıb. Nazirlik bildirib ki, naməlum kişi Borodin küçəsində evlərdən birində atəş açıb.
"Nəticədə qız (onun şəxsiyyəti müəyyənləşdirilib) və Rusiya Qvardiyasının əməkdaşı yaralanıblar, onlara tibbi yardım göstərilir", - xəbərdə deyilir.
TASS-ın yaydığı məlumatda isə bildirilir ki, yaşadığı evin balkonundan sakinlərə atəş açan şəxs keçmiş polis işçisi olub.
Xüsusi əməliyyat keçirilib, atəş açan şəxs saxlanılıb. İstintaq aparılır.
