Modern.az

"Ağdamdakı dağıntıları görmək çox ağırdır" - Özbək jurnalist

Aktual

30 May 2021, 23:39

"Qarabağa gəlmək istəyən jurnalistlər çoxdur. Arzulayırdım Qarabağa gəlim, burada baş verənləri öz gözlərimlə görüm. Bu gün istəyimə çatdım. Ağdamdakı dağıntıları görmək çox ağırdır",

 

Modern.az xəbər verir ki, bu sözləri "Show Me Azərbaijan" layihəsi çərçivəsində Ağdamda səfərdə olan Özbəkistanın qalampir.uz portalının müxbiri Feruza Nəcmiddinova deyib.

 

O bildirib ki, Azərbaycanla bağlı çox məlumatlıdırlar və baş verənlər barədə informasiyalar yayımlayıblar:

 

“Qardaş xalq olaraq Azərbaycanla bağlı çox bilirik və portalımızda çox məlumatlar paylaşırıq. Lakin səfər zamanı gördüklərimizi gözləmirdik. Biz binaların dağıdıldığını gördük, Cümə məscidində, İmarət kompleksində olduq. Bu dağıntıların miqyası bizi çox kədərləndirdi. Azərbaycana səfərimlə bağlı daha dolğun məlumatlar hazırlayıb paylaşacağam" (Azərtac).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı